“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi futbolçu karyerasını başa vurduqdan sonra özünü hansı rolda gördüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı LUZU TV yayıb.
“Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Menecer olmaq ideyası xoşuma gəlir, amma seçim etmək lazım gəlsə, klub sahibi rolunu üstün tutardım. Öz klubuna sahib olmaq və onu ən aşağı pillələrdən başlayaraq inkişaf etdirmək, gənc futbolçulara və digər insanlara irəliləmək, nəyəsə nail olmaq imkanı yaratmaq — məni ən çox cəlb edən məhz budur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, argentinalı futbolçu karyerası ərzində “Barselona” və PSJ klublarında da çıxış edib.
Bizim.Media





























































































