Karlsen ən çox qazanan şahmatçı oldu

Karlsen ən çox qazanan şahmatçı oldu

Hazırda oxunan: Karlsen ən çox qazanan şahmatçı oldu

589356

Norveçli qrossmeyster Maqnus Karlsen 2025-ci ildə şahmatda mükafat pullarına görə ilin ən çox qazanan şahmatçısı olub.

Bizim.Media chess.com portalına istinadla xəbər verir ki, Karlsen mövsüm ərzində ümumilikdə təxminən 1,5 milyon ABŞ dolları (təxminən 2 550 000 AZN) qazanıb.
 

Onun ən böyük qazancı isə kibersport üzrə Dünya Kubokunda qələbəyə görə aldığı 250 min ABŞ dolları (təxminən 425 000 AZN) olub. Turnirin proqramına bu il şahmat da daxil edilib.


Dekabr ayında Karlsen həmçinin rapid və blits üzrə dünya çempionatlarını da qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO