Azərbaycan Premyer Liqası: “Neftçi” “Qarabağ”ı qəbul edir 

Azərbaycan Premyer Liqası: “Neftçi” “Qarabağ”ı qəbul edir 

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Neftçi” “Qarabağ”ı qəbul edir 

58935

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq. 

Bizim.Media-nın məlumatına görə, 2021/2022 mövsümünün ikinci yarısı XV turun 2 oyunu ilə start götürəcək. 

Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edəcək. "ASK Arena"da İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla 6-cı, qonaqlar isə 22 xalla 4-cü pillədə qərarlaşıb. 

Komandalar indiyədək ölkə çempionatında 25 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Keşlə", 9-da "Zirə" qələbə qazanıb. 10 oyunda isə qalib müəyyənləşməyib.  

Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olacaq. Turun mərkəzi qarşılaşmasında 33 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" və 22 xalla 3-cü sırada yer alan "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək. 

Bu, komandaların Premyer Liqadakı 86-cı dueli olacaq. İndiyədək baş tutmuş 85 qarşılaşmada "köhlən atlar" rəqibini 32 dəfə məğlub edib. 23 oyun "ağ-qaralar"ın xeyrinə başa çatıbsa, 30 oyun heç-heçə ilə yekunlaşıb. Son 6 matçda bərabərlik qeydə alınmayıb.  
Qeyd edək ki, tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO