Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Komandanın lideri Kriştiano Ronaldo da transfer siyasətində fəal iştirak edib.
Bizim.Media xəbər verir ki, "Fichajes" nəşrinin məlumatına görə, 40 yaşlı portuqaliyalı ulduz "Real"ın müdafiəçisi Antonio Rüdigerin komandaya gətirilməsini xahiş edib.
Məlumata görə, Ronaldo rəhbərliyə müraciət edərək almaniyalı futbolçunun transferini tövsiyə edib. O, hesab edir ki, Rüdigerin gəlişi ilə komandanın müdafiə xətti əhəmiyyətli dərəcədə güclənəcək.
Qeyd edək ki, Rüdigerin "kral klubu" ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.
Bizim.Media




































































































