Seneqal futbolçuları Afrika Millətlər Kubokunu qazandı - FOTO-VİDEO

Seneqal futbolçuları Afrika Millətlər Kubokunu qazandı - FOTO-VİDEO

Hazırda oxunan: Seneqal futbolçuları Afrika Millətlər Kubokunu qazandı - FOTO-VİDEO

58931

Fevralın 6-da futbol üzrə Afrika Millətlər Kubokunun final görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Kamerunun “Ahmadu Axidjo” stadionunda baş tutan görüşdə Seneqal millisi Misir seçməsi ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtında hesab açılmadığı üçün qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Cənubi Afrika Respublikasından olan baş hakim Viktor Qomes 5-ci dəqiqədə misirlilərin qapısına penalti təyin edib. Penalti zərbəsini Sadio Mane dəqiq yerinə yetirə bilməyib.

Əlavə olunmuş dəqiqələrdə yenə də hesab dəyişməyib. Qalib penalti seriyasında müəyyənləşib. Rəqibi 4:2 hesabı ilə məğlub edən Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olub. Seneqallılar tarixində ilk dəfə bu kuboku qazanır.


Seneqal millisi qrup mərhələsində Qvineya, Malavi və Zimbabve ilə qarşılaşıb və qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb.



Pley-offda seneqallılar Ekvatorial Qvineya və Burkina-Faso milliləri üzərində 3:1, Kabo-Verde yığmasına isə 2:0 hesabı ilə qalib gələrək finala yüksəliblər.

Misir millisi öz növbəsində qrup mərhələsində Nigeriya, Sudan və Qvineya-Bisau yığmaları ilə qarşılaşıb. Məhəmməd Salahın komandası pley-offa qrup ikincisi kimi adlayıb. Pley-off mərhələsində Kot-d'İvuar, Mərakeş və meydan sahibi Kamerun yığmasını mübarizədən kənarlaşdıran Misir həlledici görüşə vəsiqə qazanıb.


İngiltərənin "Liverpul" klubunun futbolçuları Sadio Mane ilə Məhəmməd Salah qarşıdurması final oyununa əlavə rəng qatıb.



Bundan başqa, bu komandalar "DÇ-2022"nin seçmə mərhələsində üz-üzə gələcəklər. Ona görə də bu rəqiblər arasında matç son dərəcə gərgin mübarizə vəd edir.

Turnirin bürünc medallar uğrunda mübarizədə Burkina-Faso və Kamerun yığmaları üz-üzə gəlib. İlk yarıda iki qol vuran Burkina-Faso millisi 49-cu dəqiqədə hesabı daha da artırıb. Lakin meydan sahibləri ruhdan düşməyiblər. Matçın sonlarında ardıcıl üç qol vuran Kamerun futbolçuları məğlubiyyətdən xilas olublar. Matçın taleyini isə penaltilər seriyası həll edib. On bir metrlik zərbələrdə daha dəqiq olan (5:3) “Ramedilməz şirlər” turnirin bürünc medallarını qazanıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO