Portuqaliya futzalçıları 2-ci dəfə Avropa çempionu oldu

Portuqaliya futzalçıları 2-ci dəfə Avropa çempionu oldu

Hazırda oxunan: Portuqaliya futzalçıları 2-ci dəfə Avropa çempionu oldu

58926

Niderlandda futzal üzrə təşkil olunan Avropa çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, Amsterdamdakı "Ziggo Dome"də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib.

Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb.

Qazaxıstan millisinin üzvü Brizxan Orazov 7 qolla turnirin bombardiri olub. Ziki (Portuqaliya) isə final mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO