Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.
Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.
Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.
Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:33 / 06.01.2026
“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
Hazırda oxunan: “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
Hazırda oxunan: “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
589250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































