"Mançester Yunayted"in sabiq baş məşqçisi Ruben Amorimin alacağı təzminatın məbləği açıqlanıb.
Bizim.Media xəbər verir ki, müqaviləsinə vaxtından əvvəl xitam verilən portuqaliyalı mütəxəssisə külli miqdarda ödəniş ediləcəyi məlum olub.
Məlumata görə, mütəxəssisə 10,05 milyon funt sterlinq (təxminən 22 milyon manat) məbləğində təzminat ödəniləcək.
2024-cü ilin noyabrından "qırmızı şeytanlar"ı çalışdırmağa başlayan və 2026-cı ilin yanvarında klubla yolları ayrılan Amorimin müqaviləsi əslində gələn mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Amorimin rəhbərliyi dövründə "Mançester Yunayted" transferlərə təxminən 250 milyon funt xərcləyib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
Bizim.Media































































































