“Səbail” bu futbolçu ilə yollarını ayıracaq

“Səbail” bu futbolçu ilə yollarını ayıracaq

Hazırda oxunan: “Səbail” bu futbolçu ilə yollarını ayıracaq

588786

I Liqada qarşısına çempionluq hədəfi qoyan "Səbail" Rəhman Hacıyevlə yollarını ayırmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, artıq komandanın baş məşqçisi bu məsələylə bağlı mövqeyini rəhbərliyə deyib.

Adil Şükürov Rəhman Hacıyevin performansından məmnun deyil və onu sərəncamında görmək istəmir.

Artıq Rəhman Hacıyevi heyətində görmək istəyən klub da var. Bu, I Liqada "Səbail"in çempionluq mübarizəsində əsas rəqibi "Şəfa"dır.

Qeyd edək ki, I Liqada 12 turdan sonra "Şəfa" 30 xalla 1-ci, "Səbail" 22 xalla 3-cü yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO