Ən bahalı hücumçuların reytinqi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu siyahını “Transfermarkt" internet portalı tərtib edib.
Siyahıda birinci pillədə üç futbolçu qərarlaşıb. Bunlar Erlinq Holand ("Mançester Siti"), Lamin Yamal ("Barselona") və Kilian Mbappedir ("Real Madrid"). Hər üç futbolçunun qiyməti 200 milyon avrodur.
Xatırladaq ki, Yamalın 18, Holandın 25, Mbappenin isə 27 yaşı var.
Bundan sonra isə transfer dəyəri 150 milyon avro olan "Real Madrid"in futbolçusu Vinisius Junior gəlir. Növbəti sıralarda isə hər biri 130 milyon avro dəyərində olan Bukayo Saka ("Arsenal"),
Aleksander İsak ("Liverpul") və Maykl Olise ("Bavariya") qərarlaşıblar.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:27 / 02.01.2026
Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI
Hazırda oxunan: Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI
Hazırda oxunan: Dünya futbolunun ən bahalı hücumçuları kimlərdir? - SİYAHI
588646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































