“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

Hazırda oxunan: “Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

588544

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqaete karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, "Qalatasaray" uruqvaylı futbolçunu transfer etmək istəyir.
 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İstanbul nəhəngi Uqarte üçün 25 miyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib. "Qırmızı şeytanlar" isə 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avro tələb edir.


Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib.

Uruqvay millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO