“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

Hazırda oxunan: “Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

588537

“Araz-Naxçıvan”da yeni baş məşqçi məsələsinə nöqtə qoyulub.

Bizim.Media xəbər verir ki, klub bir sıra yerli-xarici mütəxəssislərlə danışıqlar aparırdı. Sonda ən uyğun şəxs Andrey Demçenko görülüb.

Tərəflər bütün məsələlərdə razılığa gəlib. Ukraynalı mütəxəssislə 6 ay+1 illik anlaşma imzalanıb.

Mövsümün ikinci yarısında göstəriləcək nəticə əcnəbi çalışdırıcının gələcək taleyini müəyyən edəcək.

Demçenko yaxın 2 gündə Bakıya gələcək. O, yanvarın 5-də təlim-məşq toplanışına başlayacaq komandanın ilk gündən başında olacaq.
 

49 yaşlı çalışdırıcı 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və bir neçə gün öncə oradan ayrılıb. 1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.


"İmeks", "Metallurq" (Zaporojye), "Obod" (Özbəkistan), "Veres", "Lvov", "Metallist 1925" və "Bukovina"nın, həmçinin Gürcüstanda "Dila" və "Dinamo Batumi"də əmək sərf edib.

Demçenko Batumi klubunu ölkə çempionu etməyi bacarıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO