Dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısı açıqlandı

Dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısı açıqlandı

Hazırda oxunan: Dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısı açıqlandı

588517

Məşhur "Transfermarkt" portalı hazırda dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısını açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıya İspaniyanın "Real" klubunun və İngiltərə millisinin üzvü Cud Bellinqem rəhbərlik edir.
 

22 yaşlı ingiltərəli futbolçunun dəyəri 160 milyon avro qiymətləndirilir. İkinci pillədə "Barselona"nın 23 yaşlı ispaniyalı futbolçusu Pedri (140 milyon avro) qərarlaşıb. İlk "3-lüy"ü "Bavariya"nın (Almaniya) 22 yaşlı oyunçusu Camal Musiala (130 milyon avro) tamamlayıb.


Qeyd edək ki, ilk "10-luq"da həmçinin Koul Palmer ("Çelsi", 120 milyon avro), Federiko Valverde ("Real", 120 milyon avro), Deklan Rays ("Arsenal", 120 milyon avro), Moyses Kaysedo ("Çelsi", 110 milyon avro), Joau Neveş (PSJ, 110 milyon avro), Florian Virtz ("Liverpul", 110 milyon avro) və Vitinya (PSJ, 110 milyon avro) yer alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO