Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos ürəyindən əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Melxor Ruis sosial şəbəkə X-də məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, keçmiş futbolçunun ayağında tromb aşkarlandıqdan sonra aparılan müayinələr zamanı ürəklə bağlı problemlər müəyyən edilib.
Bunun ardından Roberto Karlos Braziliyada cərrahi əməliyyata alınıb.
Qeyd olunur ki, hazırda əfsanəvi futbolçunun həyatı üçün təhlükə yoxdur. Bununla belə, o, həkimlərin nəzarəti altında xəstəxanada qalmaqda davam edir.
Bizim.Media
































































































