Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Hazırda oxunan: Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

588365

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, "Diario Sport" nəşrinin məlumatına görə, almaniyalı qolkiper qış transfer pəncərəsində Kataloniya təmsilçisini tərk etməyə hazırdır.

33 yaşlı futbolçu klub rəhbərliyinə Türkiyə, İngiltərə və ya İspaniyadan kənar digər çempionatlarda çıxış edən komandaya keçmək niyyətində olmadığını bildirib.
 

Məlumata görə, Ştegen İspaniyada yaşamağı planlaşdırdığı üçün karyerasını davam etdirmək baxımdan yeganə variant kimi “Jirona”ya icarə əsasında keçidi nəzərdən keçirir.


Qeyd edək ki, qapıçı 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avro qarşılığında "Barselona"ya transfer olunub. Onun Kataloniya klubu ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO