"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

Hazırda oxunan: "Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

588254

"Arsenal" İngiltərə Premyer Liqasında çempionluq yolunda həlledici oyunlardan biri sayılan "Aston Villa" ilə matçdan öncə ciddi itki ilə üzləşib.

Bizim.Media xəbər verir ki, "The Athletic"in məlumatına görə, London klubunun yarımmüdafiəçisi Deklan Rays zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq. 

İngiltərə millisinin üzvü “Brayton”a qarşı (2:1) qarşılaşmada dizindən zədə almasına baxmayaraq, matçı sona qədər oynayıb.
 

Futbolçu bu matçda da oynamağa ümid etsə də, baş məşqçi Mikel Arteta zədənin ağırlaşması riskini nəzərə alaraq onu heyətə daxil etməmək qərarına gəlib.


Qeyd edək ki, Unai Emerinin rəhbərlik etdiyi "Aston Villa" qarşılaşmaya 11 oyunluq qələbə seriyası ilə çıxacaq. Əgər klub qalib gələrsə, xallarını 42-yə çatdıraraq turnir cədvəlində "Arsenal"a çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO