Emil Mustafayev “Sumqayıt”a nə vaxt qoşulacaq?

Emil Mustafayev “Sumqayıt”a nə vaxt qoşulacaq?

Hazırda oxunan: Emil Mustafayev “Sumqayıt”a nə vaxt qoşulacaq?

588194

“Sumqayıt” yayda icarəyə götürdüyü futbolçuya bu qış qovuşa bilər.

Bizim.Media xəbər verir ki, “kimyaçılar” “Polessye”nin futbolçusu Emil Mustafayevi mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Lakin futbolçu Ukraynadan çıxa bilmədiyi üçün “Sumqayıt”ın düşərgəsinə də qoşula bilməmişdi.

“Polessye”nin düşərgəsində məşq edən futbolçunun qış “transfer pəncərəsi” zamanı Türkiyəyə yollanaraq komandanın məşqlərinə cəlb olunacağı gözlənilir.

24 yaşlı futbolçunun “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO