Serxio Ramos yenidən Fransaya qayıdır

Serxio Ramos yenidən Fransaya qayıdır

Hazırda oxunan: Serxio Ramos yenidən Fransaya qayıdır

588138

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yenidən Avropada çıxış etməyə yaxındır.

Bizim.Media xəbər verir ki, 39 yaşlı futbolçunun xidmətində Fransanın “Nitsa” klubu maraqlıdır.

Tərəflər arasında danışıqlar davam edir. “Nitsa” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün Ramosu ciddi namizəd kimi dəyərləndirir. Futbolçunun özü də Avropa futboluna qayıtmaq niyyətindədir.

Ramosun son klubu “Monterrey” olub. O, dekabr əvvəlinə Meksika klubundan ayrılıb. Həmçinin oyunçu karyerası ərzində “Real”, “Sevilya” və PSJ-nin də formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO