Maqnus Karlsen rəqibini QORXUTDU

Maqnus Karlsen rəqibini QORXUTDU

Hazırda oxunan: Maqnus Karlsen rəqibini QORXUTDU

588092

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen 2025-ci il Blits üzrə dünya çempionatında hind şahmatçı Arcun Eriqaisiyə məğlub olmasına sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, oyunun gərgin sonluğunda norveçli qrossmeyster səhv edib və bundan sonra vəziri taxtadan götürərək emosional şəkildə yerə çırpıb.
 

Karlsenin qəfil hərəkətləri masanın yanından keçən rusiyalı şahmatçı Aleksandr Qrişuku qorxudub. Daha sonra Karlsen yumruğunu masaya vurub, rəqibinin əlini sıxıb, fiquru yerdən götürüb masanın üstünə qoyandan sonra oyun zonasını tərk edib.


Qeyd etmək lazımdır ki, əvvəllər Rapid üzrə dünya çempionatında Karlsen Vladislav Artemyevə məğlub olduqdan sonra operatoru emosional şəkildə yola salmaqla diqqət mərkəzinə düşmüşdü.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO