"Neftçi"nin qarşıdakı qış toplanışındakı mümkün rəqiblərindən biri bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Belə ki, "ağ-qaralar" BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək hazırlıq prosesi çərçivəsində Qazaxıstanın "Kayrat" klubu ilə yoxlama matçına çıxa bilər.
Qeyd edək ki, "Kayrat" Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısıdır. Sözügedən qarşılaşmanın keçiriləcəyi tarix və saat açıqlanmayıb.
Bizim.Media





























































































