DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

Hazırda oxunan: DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

588048

DÇ-2026 üçün bilet sifarişlərində tarixi rekord qeydə alınıb.

Bizim.Media xəbər verir ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatı ilə bağlı diqqətçəkən statistikanı açıqlayıb.

Onun sözlərinə görə, turnirin qrup mərhələsi oyunları üçün biletlərə maraq misli görünməmiş səviyyəyə çatıb. Hazırda FİFA-ya 150 milyondan çox sifariş daxil olub.

İnfantino marağın miqyasını belə şərh edib:
 

"Cəmi 15 gün ərzində dünyanın müxtəlif ölkələrindən bilet almaq üçün 150 milyon müraciət qəbul etmişik. Satışdan öncəki mərhələdə hər gün orta hesabla 10 milyon sorğu qeydə alınıb. Bu baxımdan ən fəal ölkələr ABŞ, Almaniya və Böyük Britaniyadır".


Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO