Qara Qarayev məşqçiliyə başlayır?

Qara Qarayev məşqçiliyə başlayır?

Hazırda oxunan: Qara Qarayev məşqçiliyə başlayır?

587994

“Araz-Naxçıvan”dan ayrılan Qara Qarayev seçim ərəfəsindədir. Təcrübəli yarımmüdafiəçi gələcəyi ilə bağlı qərar verməyə çalışır. 

Bizim.Media xəbər verir ki, uzun illər “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçən, lakin burada istədiyi kimi oynamağı bacarmayan Qara Naxçıvan təmsilçisində də ümidi doğrultmadı. 
 

Ehtiyatda çox qalması onun vidasına səbəb oldu. Karyerasının qürubda olduğunu anlayan yarımmüdafiəçi yeni klub axtarır.


“Sumqayıt”ın favorit olduğu siyahıda digər bir neçə klub da var ki, Qarayevə müqavilə təklif edib. O isə hələlik düşünməkdədir.

33 yaşlı Qarayev uzun illər oynaya bilməyəcəyinin fərqindədir. Bu səbəbdən o, tezliklə məşqçi kurslarına da qatılmağı hədəfləyr. Qara oynamaqla yanaşı məşqçiliyin sirrlərini də öyrənəcək. Bu isə onun futbolda qalacağı deməkdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO