Avropa çempionatında finalçılar müəyyənləşdi

Avropa çempionatında finalçılar müəyyənləşdi

Hazırda oxunan: Avropa çempionatında finalçılar müəyyənləşdi

0:00
0:00
58785

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib - 3:2. 

Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb.

Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub. 

Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO