Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda "Əl-Nəsr" doğma meydanda "Əl Ohdud"u qəbul edib.
Bizim.Media xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyükhesablı hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın əsas qəhrəmanı komandanın 40 yaşlı ulduz hücumçusu Kriştiano Ronaldo olub.
Portuqaliyalı ulduz 31-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək dubl edib.
27 dekabr
"Əl-Nəsr" – "Əl Ohdud" - 3:0
Qollar: K.Ronaldo, 31, 45+3, J.Feliks, 90+
Xatırladaq ki, hesabında 12 qol olan Ronaldo bombardirlər yarışında komanda yoldaşı Felikslə birlikdə liderliyi bölüşür.
Qeyd edək ki, keçirdiyi 10 oyunun hamısında qalib gələn "Əl-Nəsr" 30 xalla turnir cədvəlinə başçılıq edir. "Əl Ohdud" isə 5 xalla 17-ci pillədə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:45 / 27.12.2025
Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU
Hazırda oxunan: Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU
Hazırda oxunan: Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU
587719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































