"Neftçi"nin futbolçusunun üzvü olduğu yığma qələbə QAZANDI

"Neftçi"nin futbolçusunun üzvü olduğu yığma qələbə QAZANDI

Hazırda oxunan: "Neftçi"nin futbolçusunun üzvü olduğu yığma qələbə QAZANDI

587710

"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO