"Fənərbağça"da "təmizlik" İŞLƏRİ: 7 futbolçu klubdan göndərilir

"Fənərbağça"da "təmizlik" İŞLƏRİ: 7 futbolçu klubdan göndərilir

Hazırda oxunan: "Fənərbağça"da "təmizlik" İŞLƏRİ: 7 futbolçu klubdan göndərilir

587705

"Fənərbağça"da komandadan göndəriləcək futbolçuların siyahısı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Domeniko Tedesko 7 futbolçu ilə yaxın vaxtlarda yolların ayrılmasını planlaşdırır.
Hazırlanan hesabat əsasında ilk növbədə Cenk Tosun, İrfan Can Kahveci və Rodriqo Bekao ilə yolların ayrılması gündəmdədir. Klub bu üç futbolçudan özlərinə yeni komanda tapmalarını istəyib.

Bundan əlavə, komandada az oyun şansı qazanan qapıçı İrfan Can Eğribayat, Sebastyan Şimanski və hücumçu Yussef En-Nesyri də ya icarəyə, ya da tam transfer yolu ilə komandadan göndərilməsi gözlənilir. Həmin futbolçularla maraqlanan klublarla danışıqlar davam edir.

Mövsümün əvvəlindən bəri heç bir rəsmi oyunda forma geyinməyən Emre Morla yolların ayrılacağı məlum olub. 28 yaşlı futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv ediləcəyi bildirilir.

Bununla yanaşı, klub iki aydır zədədən əziyyət çəkən ingilis futbolçu Arçi Braun ilə də əməkdaşlığı bitirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO