"Barselona"nın 2 futbolçusu yeni ilin ilk matçını buraxa bilər

"Barselona"nın 2 futbolçusu yeni ilin ilk matçını buraxa bilər

Hazırda oxunan: "Barselona"nın 2 futbolçusu yeni ilin ilk matçını buraxa bilər

587699

"Barselona" futbolçuları Milad tətili bitdikdən sonra məşqləri bərpa edəcəklər.

Bizim.Media xəbər verir ki, "Sports.es" nəşrinin məlumatına görə, Daniel Olmo və Ronald Arauxonun komandaya qoşulması hələlik sual altına düşüb.

Bildirilir ki, klub dekabrın əvvəlində emosional vəziyyətini bərpa etmək üçün istirahətə ehtiyac duyan Arauxoya təzyiq göstərməyəcək.

Digər oyunçu Daniel Olmo isə "Atletiko" ilə oyunda (3:1) zədələnmişdi. Baş məşqçi Hans-Diter Flik ispaniyalı futbolçunun yanvarın 3-də "Espanyol"la keçiriləcək derbi matçına qədər meydana qayıdacağına ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO