Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

Hazırda oxunan: Hakimi təhqir edən futbolçu 6 oyunluq cəza verildi

587593

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Sevilya"nın müdafiəçisi Markaoya ağır cəza verib.

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu 6 oyunluq cəzalandırılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Markaonun ağır cəza almasının səbəbi La Liqanın 17-ci turunun "Real"la oyunundakı (0:1) davranışları olub. 29 yaşlı mərkəz müdafiəçisi qırmızı vərəqə aldıqdan sonra matçın baş hakimini təhqir və təhdid edib.

Qeyd edək ki, "Sevilya" Markaonu 2022-ci ilin yayında "Qalatasaray"dan 13 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO