Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

Hazırda oxunan: Premyer Liqada ən çox qol epizodunu onlar YARATDI

587465

"Mançester Yunayted" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında yaradılan qol epizodlarının sayına görə liderdir.

Bizim.Media xəbər verir ki, bu barədə "WhoScored" nəşri məlumat yayıb.
 

Beləliklə, statistikaya əsasən, komanda rəqib qapısı qarşısında 207 qol şansı yaradıb. Bu göstəricidə ikinci yerdə 204 epizodla "Liverpul" qərarlaşıb. İlk "üçlüy"ü 186 şansla "Mançester Siti" tamamlayıb. Sonrakı yerləri isə "Çelsi" (181) və "Arsenal" (171) tutur.


Qeyd edək ki, turnir cədvəlində 17 turdan sonra "Mançester Yunayted" 26 xalla 7-ci pillədədir. "Liverpul" 29 xalla 5-ci, eyni xala malik "Çelsi" isə əlavə göstəricilərə görə 4-cü yerdədir.

Lider "Arsenal"dan cəmi 2 xal geri qalan "Mançester Siti" isə 37 xalla 2-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO