“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

Hazırda oxunan: “Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

587285

"Atletiko"nun müdafiəçisi Xavi Qalan La Liqada klubunu dəyişəcək.

Bizim.Media xəbər verir ki, ispaniyalı futbolçu "Osasuna"ya keçəcək. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
 

Madridlilər Qalanın keçidindən 500 min avro gəlir əldə edib. 31 yaşlı sol cinah müdafiəçisi "Osasuna" ilə 2026-cı ilin yayınaa kimi nəzərdə tutulan müqavilə imzalayıb.


O, gələn ilin 1 yanvar tarixində yeni komandasının düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Atletiko" Xavi Qalanı 2023-cü ilin yayında "Selta"dan 5 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO