Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Hazırda oxunan: Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

587268

Afrika Millətlər Kuboku çərçivəsində Mərakeşin əldə edəcəyi gəlir səviyyəsi açıqlanıb.

Bizim.Media xəbər verir ki, Mərakeşdə keçirilən Afrika Millətlər Kuboku ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir qazandıracaq.

Belə ki, "Al Arabiya" telekanalının məlumatına görə, qitənin ən nüfuzlu futbol turniri turizm sektorunda ciddi canlanma yaradacaq.

Yarış müddətində ölkəyə 500 mindən 1 milyona qədər əcnəbi turistin səfər edəcəyi gözlənilir. Proqnozlara əsasən, otelçilik, nəqliyyat və restoran sektorunun turnirdən əldə edəcəyi ümumi gəlir 450 milyon dollardan 1,2 milyard dollara qədər təşkil edəcək.
 

Bundan əlavə, Afrika Millətlər Kubokunun yayım hüquqlarının satışından təşkilatçıların təxminən 22,5 milyon dollar gəlir əldə edəcəyi bildirilir.


Qeyd edək ki, Mərakeş bu turnir üçün infrastruktura rekord məbləğdə, təxminən 16 milyard dollar sərmayə qoyub. Bu investisiya Afrika Millətlər Kuboku ilə yanaşı, həm də uzunmüddətli planlar çərçivəsində həyata keçirilib. Belə ki, hazırkı stadionlar 2030-cu ildə Mərakeşin İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi edəcəyi dünya çempionatının oyunlarına da ev sahibliyi edəcək.

Xatırladaq ki, dekabrın 22-də start götürən Afrika Millətlər Kuboku yanvarın 18-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO