Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Hazırda oxunan: Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

587256

İranın paytaxtı Tehranda bu gün üçün nəzərdə tutulan bütün futbol matçları təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tehran Əyaləti Futbol Federasiyasının Sağlamlıq komitəsi məlumat yayıb.
 

Buna səbəb paytaxtda hava çirkliliyinin təhlükəli həddə çatması ilə əlaqədar ekoloji vəziyyətin kəskin pisləşməsi olub. Beləliklə, şəhərdə bütün futbol oyunları və məşqlər dayandırılıb.


Qərara əsasən, bu gün rəsmi oyunlarla yanaşı komandaların açıq havada məşq etməsinə də icazə verilməyib.

Qeyd edək ki, 8,5 milyon əhalisi olan meqapolisdə vəziyyət kritik olaraq qalır. Məlumata görə, bu gün Tehranda çirklilik indeksi 149 mikroqram/metr kub təşkil edib. Bu göstərici həssas qruplar üçün təhlükəli hesab olunan turuncu zona daxilindədir və sağlamlıq üçün zərərli sayılan qırmızı zonaya olduqca yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO