“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Hazırda oxunan: “Spartak” ispaniyalı məşqçi GƏTİRİR

587117

“Spartak Moskva” rəhbərliyi klubun yeni baş məşqçisi vəzifəsinə ispaniyalı Xuan Karlos Karsedonun namizədliyini təsdiqləyib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 2023-cü ilin yayından bəri “Pafos”un baş məşqçisidir. 

Bu dövrdə onun rəhbərliyi altında klub Kipr çempionu olub və Kipr Kubokunu qazanıb.
 

Əgər Moskva klubu “Pafos”la transfer məsələsində razılığa gələ bilsə, məşqçi “Spartak”ı idarə edəcək.


“Spartak” son baş məşqçisi serbiyalı Deyan Stankoviç idi. Onun gedişindən sonra isə kluba müvəqəti olaraq Vadim Romanov başçılıq edirdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO