“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Hazırda oxunan: “Real” Endriki icarəyə verdi

587113

“Lion” hücumçu Endrikin “Real Madrid”dən cari mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
 

“Lion” 29 dekabrda komanda ilə məşqlərə başlayacaq Hendriklə görüşməkdən məmnundur və onun gəlişini mümkün edən səmərəli danışıqlar və əməkdaşlıq üçün “Real Madrid”ə təşəkkür edir”, - deyə Fransa klubunun açıqlamasında bildirilir.


Daha əvvəl media 19 yaşlı hücumçunun icarə müqaviləsində “Lion” üçün satın alma variantının olmadığını bildirmişdi. “Lion” onun maaşının bir hissəsini ödəməyə razılaşıb.

Bu mövsüm braziliyalı bütün yarışlarda üç oyun keçirib və 99 dəqiqə meydanda olub. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, oyunçunun bazar dəyəri 25 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO