"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə əməkdaşlığa son qoyub.
Bizim.Media xəbər verir ki, tərəflər bu gün yollarını ayırıblar.
Rəhbərlik qarşısına avrokuboklara vəsiqə tələbi qoyulan mütəxəssisin komandanı hədəflərinə çatdıracağına inanmadığı üçün belə bir addım atmaq qərarına gəlib.
Klubun mətbuat xidməti xəbəri təsdiqləyib.
Qeyd edək ki, hazırda 26 xalı olan Naxçıvan təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































