“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri başa çatır.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis özü ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.
Qriqorçukun Qazaxıstan klubu “Aktobe” ilə anlaşdığı bildirilsə də, çalışdırıcı bunu təkzib edib. O, ölkə xaricindən bir neçə variantının olduğunu, tezliklə onlardan biri ilə anlaşacağını vurğulayıb:
“Bir çox ölkədən təklifim var. Bu da o deməkdir ki, tezliklə yeni iş yerim müəyyənləşəcək. Seçim etmək üçün vaxtım var”.
Qriqorçuk ad çəkməsə də, Ukrayna mətbuatı variantlar arasında Qazaxıstanla yanaşı, Ukrayna və Azərbaycanın da olduğunu yazıb. Ölkəmizdən “Qəbələ” təcrübəli çalışdırıcıya müştəridir. Komandanın uğursuz nəticələri, üstəlik, Kaxaber Sxadadzenin davranışları klub rəhbərliyini bezdirib. Gürcü mütəxəssis son turda hakimləri təhqir etməklə növbəti dəfə tənqid hədəfi olub və istefaya göndərilməsi realdır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:22 / 23.12.2025
Qriqorçuk “Qəbələ”yə QAYIDIR?
Hazırda oxunan: Qriqorçuk “Qəbələ”yə QAYIDIR?
Hazırda oxunan: Qriqorçuk “Qəbələ”yə QAYIDIR?
587002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































