"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

Hazırda oxunan: "Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

586918

Misli Premyer Liqasında 16-cı turun son oyununda "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Matç paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
 

Mütəxəssis komandasını və "Sabah" ailəsini təbrik edərək bu qələbəyə ehtiyacları olduğunu vurğulayıb. O, daha yaxşı oynaya biləcəklərini, qollardan sonra oyunun sonlarına yaxın bir az əziyyət çəkdiklərini etiraf etsə də, futbolçuların son aylardakı inkişafından və performansından razı qaldığını bildirib.


Mütəxəssis uzun müddətdən sonra qış çempionu olmalarına belə münasibət bildirib:

"Hələ mövsümün yarısıdır və qarşıda bir çox oyunlar var. "Qarabağ" çox güclü komandadır, məşqçi kollektivləri möhkəmdir və Avropada ad çıxarıblar. Onlar səviyyəsinə çatmaq üçün biz hələ çox inkişaf etməliyik. Biz bütün diqqətimizi növbəti matçlara yönəldirik, çünki qış çempionluğu medal qazandırmır".

Baş məşqçi əvvəlki açıqlamalarında vacib oyunlardan danışarkən "Sumqayıt"ın adını çəkməməsinin yanlış anlaşılma olduğunu, hər oyunun onun üçün önəm daşıdığını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO