Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Hazırda oxunan: Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

586901

"Kərim Benzema" şəxsi kolleksiyasını milyon avroluq sənət əsəri ilə zənginləşdirib.

Bizim.Media xəbər verir ki, "Əl-İttihad"ın fransalı hücumçusu dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkdiyi "Saqqallı kişinin portreti" adlı tablosunu satın alıb.
 

Məlumata görə, ulduz futbolçu aldığı əsərlə birgə fotosunu sosial şəbəkə hesabında paylaşıb və "Evə xoş gəldin" şərhini yazıb. Bildirilir ki, sözügedən tablo 2025-ci ilin əvvəlində Nyu-Yorkda art-diler Helli Nahmadın qalereyasında nümayiş etdirilib.


Qeyd edək ki, tablonun satış qiyməti rəsmi olaraq açıqlanmasa da, Pikassonun əsərlərinin hərraclarda adətən 1 milyon avrodan yüksək məbləğə satıldığı vurğulanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO