“Qəbələ”nin hazırlıq planı BƏLLİ OLDU

“Qəbələ”nin hazırlıq planı BƏLLİ OLDU

Hazırda oxunan: “Qəbələ”nin hazırlıq planı BƏLLİ OLDU

586886

Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan "Qəbələ" yanvarın 3-də toplaşacaq.

Bizim.Media xəbər verir ki, hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
 

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.


“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO