“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlanan klubların sayı durmadan artır.
Bizim.Media xəbər verir ki, 24 yaşlı orta sahə oyunçusu uğrunda mübarizədə “Botafoqo” tək deyil.
Braziliyanın digər klubu “İnternasional” da Bikalyonu yanvarda heyətinə cəlb etmək arzusundadır. Lakin maliyyə problemləri yaşayan klub onu icarəyə götürmək variantını üstün tutur.
Buna baxmayaraq, “Qarabağ” “Botafoqo”dan sonra “İnternasional”ın da bu istəyini rədd edib.
Azərbaycan çempionu aparıcı oyunçusunu yalnız birdəfəlik transfer qarşılığında buraxa biləcəyini braziliyalılara çatdırıb.
Pedronun karyerasını Avropada davam etdirmək ehtimalı da var. Çünki futbolçu Portuqaliya və Türkiyə klublarının da maraq dairəsindədir. Konkret olaraq “Braqa” ilə “Sivasspor”un onu izlədikləri bildirilib.
Bizim.Media

































































































