FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

Hazırda oxunan: FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

586563

FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer qadağası qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

"Mundo Deportivo"nun xəbərinə görə isə, qadağaya səbəb "Əl-Nəsr"in 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borclu qalması ola bilər.

Vurğulanır ki, klub "şəhərlilər"a təxminən 9 milyon avro ödəməyib. Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb.

Ötən payızda isə Laport "Əl-Nəsr"dən "Atletik"ə keçib.

Xatırladaq ki, "Əl-Nəsr"in kapitanı "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO