Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

Hazırda oxunan: Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

586136

İngiltərə nəhəngləri "Köln" klubunun gənc futbolçusu üçün hərəkətə keçdi.

Bizim.Media xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" klubları "Köln"də çıxış edən Səid Əl-Malanın transferi ilə bağlı rəsmi təklif göndəriblər.
 

Bu barədə "Sport Bild" nəşri məlumat yayıb. Bildirilir ki, hər iki Premyer Liqa təmsilçisi Almaniyanın gənclər yığmasında da çıxış etmiş 19 yaşlı futbolçu üçün 30-40 milyon avro aralığında məbləğ ödəməyə hazırdır. Bununla yanaşı, prosesin yay transfer pəncərəsində reallaşacağı aktualdır.


Xatırladaq ki, ötən transfer pəncərəsində "Brayton" gənc futbolçunu heyətinə qatmaq üçün 15 milyon avro təklif etsə də, keçid baş tutmamışdı.

Həmin dövrdə bazar dəyəri 3 milyon avro olan Əl-Malanın hazırkı qiyməti artıq 18 milyon avroya yüksəlib.

Qeyd edək ki, Səid Əl-Mala cari mövsümdə Bundesliqada meydana çıxdığı 14 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO