"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

Hazırda oxunan: "Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

585939

"Mançester Siti"nin cinah hücumçusu Jeremi Doku zədə səbəbindən cari il üçün mövsümü başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə klubun baş məşqçisi Xosep Qvardiola məlumat verib.

Mütəxəssis belçikalı futbolçunun bərpa prosesinin təxminən iki-üç həftə çəkəcəyini bildirib.
 

Həmçinin futbolçunun yalnız yanvarın 1-də "Sanderlend"lə keçiriləcək matçda heyətdə yer ala biləcəyini söyləyib.


Qeyd edək ki, bu mövsüm Doku "Mançester Siti"nin heyətində 22 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda 34 xalı olan "şəhərlilər" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider "Arsenal"dan cəmi 2 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO