FİFA seçimləri: Dünyada ilin ən yaxşı qapıçısı o oldu - FOTO

FİFA seçimləri: Dünyada ilin ən yaxşı qapıçısı o oldu - FOTO

Hazırda oxunan: FİFA seçimləri: Dünyada ilin ən yaxşı qapıçısı o oldu - FOTO

585900

“Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donarumma 2025-ci ilin yekunlarına əsasən dünyada ilin ən yaxşı qapıçısı adına layiq görülüb.

Bizim.Media xəbər verir ki, o, FIFA The Best mükafatının qalibi olub. Bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Mükafat uğrunda Donarummadan başqa bir sıra tanınmış qapıçılar da namizəd idi.
 

Onlar arasında Alisson («Liverpul» / Braziliya), Tibo Kurtua («Real» Madrid / Belçika), Emiliano Martines («Aston Villa» / Argentina), Manuel Noyer («Bavariya» / Almaniya), David Raya («Arsenal» / İspaniya), Yan Zommer («İnter» / İsveçrə) və Voyçex Şensnı («Barselona» / Polşa) də yer almışdı.


Qeyd edək ki, Donarumma 2025-ci il ərzində klub və milli səviyyədə stabil çıxışı ilə seçilərək bu nüfuzlu mükafata layiq görülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO