"Qarabağ" azarkeşlərinə görə cərimələnib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağdam klubu Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.
"Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Kəpəz" – "Qəbələ" oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare 2 oyunluq diskvalifikasiya olunub.
"Turan Tovuz" – "Sabah" oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimələnib.
"Karvan-Yevlax" "İmişli" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Sumqayıt" isə "Neftçi" il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:13 / 16.12.2025
"Qarabağ" CƏRİMƏLƏNDİ
Hazırda oxunan: "Qarabağ" CƏRİMƏLƏNDİ
Hazırda oxunan: "Qarabağ" CƏRİMƏLƏNDİ
585848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































