Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Hazırda oxunan: Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

585779

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyodan əl çəkmir.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, A Seriyası klubu 24 yaşlı futbolçu üçün Azərbaycan çempionunun qapısını yeni təkliflə döyməyə hazırlaşır.

“Botafoqo” daha əvvəl sonradan transfer etmək şərtilə onu icarəyə götürməyi planlaşdırırdı. Lakin ağdamlılar bu təklifi müsbət cavablandırmayıb.

Heyətində köklü islahatlar aparan Braziliya klubu yeni mövsümə iddialı başlamaq niyyətindədir.

“Botafoqo”nun orta sahə üçün düşündüyü ən önəmli sima məhz Bikalyodur. Buna görə də “sambaçılar” bu dəfə Pedronun birdəfəlik transferi üçün müəyyən məbləğ təklif edəcək. Təklif ürəkaçan olarsa, “Qarabağ” oyunçusunun yanvarda transferinə razılıq verəcək.

Qeyd edək ki, “Qarabağ”a mövsümün əvvəlində “Palmeyras”dan keçən Pedro Bikalyonun Ağdam klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO