“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Hazırda oxunan: “Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

585719

Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun “Neftçi” ilə “Sumqayıt” arasında keçirilib.

Bu oyun paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub üçün debüt xarakteri daşıyırdı.

Dörd qolun qeydə alındığı matçın yekununda qalib müəyyənləşməyib.
 

Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Zirə”yə (2:1), “Kəpəz” “Qəbələ”yə (1:0), “Qarabağ” isə “Araz-Naxçıvan”a (5:1) qalib gəlib, “Turan Tovuz” isə “Sabah”a (1:3) uduzub. “İmişli” – “Karvan-Yevlax” görüşündə də qalib müəyyənləşməyib – 1:1.


Misli Premyer Liqası

15-ci tur

15 dekabr

“Neftçi” – “Sumqayıt” 2:2

Qollar: İmad Faraj, 34. Bassala Sambu, 49 – Nsane Simon, 74. Səbuhi Abdullazadə, 81.

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.

“Palms Sports Arena”, 19:00.
 

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.


Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.

Baş məşqçi: Yuri Vernidub.
 

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.


Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 95. Nsane Simon.

Məşqçi: Şahin Abdullayev.




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO