"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

585511

Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

Bizim.Media xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO