Zidan "Real"a qayıdacaq?

Zidan "Real"a qayıdacaq?

Hazırda oxunan: Zidan "Real"a qayıdacaq?

585404




"Real"ın Xabi Alonsonu istefaya göndərəcəyinə dair xəbərlər yayıldıqdan sonra komandanı Zinəddin Zidanın çalışdıracağı barədə şaiyələr yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, mütəxəssis Madrid təmsilçisi üçün əsas namizədlərdən biri kimi göstərilib.
Lakin insayder Fabritsio Romanonun yaydığı məlumata görə, bu, baş verməyəcək. Hazırda "Real"ın Zidanı geri qaytarmaqla bağlı danışıqlar aparmadığı bildirilib. Bundan əvvəl də Yurgen Kloppun da Alonsonun potensial əvəzedicisi kimi nəzərdən keçirildiyi yazılmışdı.
Qeyd edək ki, Zidan 2016–2018 və 2019–2021-ci illərdə "Real"ı çalışdırıb. O, klubla 2 dəfə La Liqanın, 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, "Real"ın Xabi Alonso ilə yolları ayırmaq istədiyi deyilir. Mütəxəssisin taleyinin "Alaves"lə sabahkı matçdan asılı olduğuna dair xəbərlər yazılıb.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO