Silva PSJ-nin baş məşqçisi olmaq ARZUSUNDADIR

Silva PSJ-nin baş məşqçisi olmaq ARZUSUNDADIR

Hazırda oxunan: Silva PSJ-nin baş məşqçisi olmaq ARZUSUNDADIR

585399

Braziliyanın "Fluminense" klubunun müdafiəçisi Tyaqo Silva karyerasının gələcək planlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, “France Football” nəşrinə müsahibə verən təcrübəli futbolçu gələcəkdə sabiq komandası olan PSJ klubunu çalışdırmaq istədiyini bildirib:

“Məşqçi olduqdan sonra çıxış etdiyim bütün klublara rəhbərlik etmək hədəfim var. Bu səbəbdən bir gün PSJ-ni çalışdırmağın mənim üçün xüsusi yeri olacaq".

Bununla yanaşı, braziliyalı futbolçu bütün bunlardan öncə futbolçu karyerasını layiqli şəkildə tamamlamaq istədiyini vurğulayıb. Eyni zamanda mətbuatda yayılan məlumatlara görə, Silva ailəsinin İngiltərədə yaşaması səbəbindən karyerasının son dövrünü Avropada keçirmək variantını da nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO